“Boyum 1,85 metrdir, qəbrim böyük olacaq” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Boyum 1,85 metrdir, qəbrim böyük olacaq” - Ərdoğan

Siyasət

24 Dekabr 2021 01:10 1289


Boyum 1,85 metrdir, qəbrim bir az böyük olacaq. Başqaları düşünsün.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda çıxışı zamanı deyib.

"Təvazökar olmalıyıq. Yoxsa problem hədsiz dərəcədə böyüyəcək. Biz nəyik? Quluq, qul! Nəhayət, gedəcəyimiz yer torpaqdır. Oradan gəldik, ora gedəcəyik. Boyum 1,85 metrdir, ona görə də qəbrim bir az da böyük olacaq. Başqaları düşünsün", - Ərdoğan deyib. Dominos pizza

Prezidentin bu sözündən sonra bir partiya üzvü ayağa qalxaraq, “Allah sizə uzun ömür versin, Prezidentimiz”, - deyib.

Türkiyə Prezidenti isə cavabında bildirib:

“Allahın təqdiri nədirsə, o olacaq. Bunu dəyişdirməyə heç kimin gücü çatmaz. Biz bu millətə ağa deyil, qul olmaq üçün gəlmişik”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məcid
    Allah sizə ömür versin cənab prezident.Siz Azərbaycan xalqına çox lazım olacaqsınız.
    4 years ago