"BP-Azerbaijan" bu ilin birinci rübündə "Şahdəniz" yatağından 7 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə eynidir.
Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Hesabat dövründə, həmçinin yataqdan təxminən 8 milyon barel kondensat hasil edilib. Dördpendirli pizza
Hazırda yatağın hasilat gücü sutkada təqribən 76,4 milyon kubmetr və ya ildə təqribən 27,9 milyard kubmetr təşkil edir. Yatağın işlənməsi çərçivəsində Şahdəniz konsorsiumunun birinci rübdə xərcləri illik müqayisədə 2,1% artaraq 939 milyon dollara çatıb.
Xərclərin əsas hissəsi yatağın işlənməsinin 2-ci mərhələsi çərçivəsində görülən işlərə çəkilib.
Telegram kanalımız