BP-yə yeni vitse-prezident təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

BP-yə yeni vitse-prezident təyin olundu

İqtisadiyyat

27 Fevral 2026 10:28 455


Nadir İmanov aprelin 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.

"Yeni Sabah" xəbər verir ki, yeni vəzifəsində Nadir İmanov BP-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

N. İmanov bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin Allan isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq. Dominos pizza

Bu vəzifədə N.İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.

Qeyd olunub ki, N.İmanov 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də BP əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!