BQXK xəstəliyə tutulan 16 ermənini Qarabağdan çıxardı

saytların hazırlanması

Evə çatdırılma

BQXK xəstəliyə tutulan 16 ermənini Qarabağdan çıxardı

Rəsmi

26 Aprel 2023 12:53 775


26 aprel tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, tibbi yardıma ehtiyacı olan 16 nəfərin Laçın yolu ilə keçərək Ermənistana təxliyə olmasına yardımçı olub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. 

"Ümumilikdə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 47 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 353 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.  pizza

Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq",- deyə BQXK rəsmisi qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!