“Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir“   - Senator

saytların hazırlanması

Evə çatdırılma

“Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir“ - Senator

Siyasət

31 Oktyabr 2021 14:00 846


"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir".

Yenisabah.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Braziliya Milli Konqresinin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya bildirib.

"BMT-nin qərarlarına uyğun olaraq heç bir müharibə mülki şəxslərin ölümünə səbəb olmamalıdır. Biz Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir, xalqları sülhə çağırırıq", - braziliyalı deputat bildirib. pizza mizza

Qeyd edək ki, Braziliya Milli Konqresinin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir. Senator Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!