Braziliyada 2 illik fasilədən sonra Rio Karnavalı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Braziliyada 2 illik fasilədən sonra Rio Karnavalı keçirildi

Dünya

23 Aprel 2022 12:09 502


Braziliyada ağır itkilərə səbəb olan Covid-19 pandemiyası səbəbiylə 2 ildir keçirilə bilməyən “dünyanın ən böyük küçə şousu” Rio Karnavalı bu il yenidən baş tutub.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində hər il təşkil edilən, lakin ölkədə böyük insan tələfatına səbəb olan koronovirus pandemiyası səbəbindən 2 illik fasilə verən məşhur Rio Karnavalı dünən böyük coşğu ilə başlayıb.

Braziliya samba məktəblərinin rəqqasları və musiqiçiləri Rio-de-Janeyrodakı Sambadrome parad meydançasında tamaşaçıların coşğulu alqışları altında açılış mərasimini keçiriblər. Çox sayda insanın qatıldığı Rio Karnavalı aprelin 30-dək davam edəcək. Dominos pizza

Qeyd edək ki, Braziliya ABŞ-dan sonra dünyada Covid-19 pandemiyası səbəbiylə ən çox ölümlə nəticələnən ikinci ölkədir. Braziliyada indiyədək pandemiya səbəbindən 660 mindən çox insan həyatını itirib.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!