Brenton 43 gün Türkiyədə olub – Ərdoğanı izləyibmi?

saytların hazırlanması

Evə çatdırılma

Brenton 43 gün Türkiyədə olub – Ərdoğanı izləyibmi?

Din

16 Mart 2019 13:03 2750


Yeni Zelandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantın keçmişdə bir müddət Türkiyədə yaşadığı məlum olub.

“Yeni Sabah” türk mediasına istinadən xəbər verir ki, hazırda terrorçunun Türkiyədə kimlərlə əlaqə saxladığı araşdırılır. Terrorçu dünyanın bir çöx ölkələrində də olub.

Hazırda onun Türkiyədə kimlərlə görüşdüyü, hərəkət istiqamətləri, kimlərlə telefonda danışdığı hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Marqarita pizza

Məlum olub ki, səfər zamanı o Türkiyədə 43 gün qalıb. Həmin 43 gün müddətində onun nə etdiyi  Türkiyə xüsusi xidmət orqanlarını düşündürən əsas sualdır. 

Rəcəb Tayyib Ərdoğanın həmin 43 gün müddətindəki proqramları araşdırılır, həmin proqramlarda qatilin istifadə etdiyi telefon şəbəkəsinin daxil olub olmadığı yönündə rouminq sistemindən incələmələr davam etməkdədir.

Daily Mail qəzeti isə Brenton Tarrantı NeoNasist iddeologiyasına yaxın olduğunu, uzun müddət Şimali Koreya və Pakistanda yaşadığını qeyd edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!