Xalq artisti Brilliant Dadaşova “Sarı gəlin”i erməni dilində oxuyan ifaçıya görə türk aparıcı Fatih Altaylıyla əlaqə saxladığını açıqlayıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Göstərir radio” verilişində qonaq olarkən danışıb.
B. Dadaşova deyib ki, hadisə bir müddət öncə baş verib: Pepperoni pizza
“Türkiyədə verilişdə erməni əsilli bir opera müğənnisi dəvət etmişdilər. Türk dilində danışırdı. Tarixdən bəhs edirdi. Mahnının sözlərini yerləşdirdiyimiz, pipiter qoyulmusdu, danışdılar, “Sarı gəlin” oxumağa başladı. Erməni dilində ifa edirdi. Orada nömrə yazılmışdı, mən də zəng etdim, götürmədilər.
Fatih Altaylıya yazdım ki, xahiş edirəm, diqqətlə baxın. Bu insan erməni dilində “Sarı gəlin”i səsləndirir, özü də sözləri kağızdan oxuyur. Bu sübutdur. Əgər onların xalq mahnısı olsa, sözlərini əzbər bilərdi. Sözlər sonradan yazılıb deyə, kağızdan oxuyur. Sən mikrofonunu götür Bakıya gəl, istənilən insana, satıcıya, müəllimə, həkimə desən, “Sarı gəlin”i oxuyacaq. Özü də pipitersiz, kağızsız bir bənd də olsa, oxuyacaqlar. Bu insan pipiterin üstünə sözləri qoyub oradan oxuyaraq sübut etdi ki, xalq mahnıları deyil, yeni yazıblar”.
Telegram kanalımız