Britaniya məktəbləri mobil telefonlara tam qadağa tətbiq edəcək

saytların hazırlanması

Evə çatdırılma

Britaniya məktəbləri mobil telefonlara tam qadağa tətbiq edəcək

Dünya

19 Fevral 2024 20:39 722


Böyük Britaniya məktəblərində mobil telefonlardan istifadəyə tam qadağa tətbiq ediləcək.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb.

“İngiltərədə bu gün direktorlara verilən təlimata əsasən, mobil telefonlar məktəblərdə qadağan olunacaq”, - nəşr yazıb. pizza hut

Məlumata görə, bu tədbir tələbələr arasında pozuntuları minimumlaşdıracaq və siniflərdə davranışı yaxşılaşdıracaq.

Qadağanı pozan və dərsə telefon gətirən məktəblilər cəza olaraq dərsdən sonra məktəbdə saxlanılacaq, mobil cihazlar isə qeyri-müəyyən müddətə müsadirə olunacaq.

Yeni qaydalara əsasən, müəllimlər bel çantalarında axtarış aparmaq hüququna malikdir və itirilmiş və ya zədələnmiş telefonlara görə valideynlərin məhkəmə iddialarından hüquqi müdafiə alacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!