Britaniya səfiri Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınadı 

saytların hazırlanması

Evə çatdırılma

Britaniya səfiri Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınadı 

Siyasət

29 Mart 2023 09:48 568


Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktını pisləyib. 

"Report" xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib. 

F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub.  pizza sifarişi

"Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", - Britaniya səfiri vurğulayıb. 

Qeyd edək ki, martın 28-də saat 21:51-də F.Mustafa evinin önündə güllələnib. Dövlət Təhlükəsizlik Xidməti bu hücumu terror aktı kimi qiymətləndirib. Parlamentari əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!