Britaniyada yeni hökumətin tərkibi elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Britaniyada yeni hökumətin tərkibi elan edildi

Siyasət

25 Oktyabr 2022 21:11 823


Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant yeni baş nazir Rişi Sunakın hökumətində vəzifəsini saxlaya bilib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Hant əvvəllər Sunakın özünün tutduğu bu vəzifəyə oktyabrın 14-də Liz Trasın baş nazir olduğu zaman təyin edilib.

Dominik Raab ədliyyə naziri və baş nazirin müavini vəzifəsinə qayıdıb. pizza hut

Bundan başqa, Ben Uolles Böyük Britaniyanın müdafiə naziri postunda qalıb, Ceyms Kleverli isə yenidən xarici işlər naziri vəzifəsinə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!