Britaniyadan qərar: Türkiyəyə qoyulan məhdudiyyət ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Britaniyadan qərar: Türkiyəyə qoyulan məhdudiyyət ləğv olundu

Dünya

20 May 2022 16:10 1283


Böyük Britaniya Türkiyəyə tətbiq etdiyi müdafiə sənayesi məhsullarına ixrac məhdudiyyətləri aradan qaldırılıb.

Yenisabah.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə sənayesi naziri İsmail Demir məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyəyə qarşı ixrac məhdudiyyətləri tamamilə ləğv olunub.  Sezar pizza

İsmail Demir xüsusilə, Türkiyə ilə İngiltərə arasında təyyarə mühərrikləri ilə bağlı danışıqların davam etdiyii vurğulayıb. O bildirib ki, görüşlərdə müsbət nəticə qazanılıb.

"Türkiyənin son zamanlar dilə gətirdiyi təhlükəsizliklə bağlı narahatlıqlar var. Bu narahatlıqlar Böyük Britaniyada ciddi şəkildə dinlənilib", - deyə İsmail Demir qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!