Britaniyalı deputat Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Britaniyalı deputat Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı

Siyasət

27 Sentyabr 2021 20:26 862


"Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir".

Yenisabah.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan payız sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bütün beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardımçı olmalıdır. Hər iki xalq, Azərbaycan və erməni xalqı sülhə doğru irəliləməlidir"./Report Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!