Rejissor Ridli Skott “Türk Hava Yolları” üçün reklam çəkib.
“Yeni Sabah” xəbər verir ki, məşhur britaniyalı rejissor və prodüser Ridli Skott Şərq və Qərbin görüşdüyü məkanda – İstanbulda “Türk Hava Yolları” aviaşirkəti üçün qısametrajlı film çəkib. “Səyahət” adlanan və əsas hadisələri İstanbulun yeni aeroportiunda cərəyan edən filmin 30-saniyəlik treyleri ilk dəfə olaraq geniş kütləyə ABŞ-ın Milli Futbol Liqasının final matçı (“Super Bowl”) çərçivəsində nümayiş olunub. 6-dəqiqəlik tam reklam çarxı isə “Türk Hava Yolları”nın “YouTube” kanalında yerləşdirilib.
Bu, Avropa və Asiya qitələrini əhatə edən və 85 il ərzində aviaşirkətin qovşağı olan İstanbul şəhərinin diqqətəlayiq yerlərini əks etdirən bir hekayədir. Marqarita pizza
Baş rolda Ben Afflekin iştirakı ilə “Betmen Supermenə qarşı: ədalətin şəfəqi” filminin sponsoru qismində çıxış edib. 2017-ci ildə dünyaca məşhur aktyor Morqan Frimanın iştirakı ilə “Dünyaya geniş baxın” reklam çarxı çəkilib, 2018-ci ildə isə aviadaşıyıcı məşhur kardiocərrah və teleaparıcı Mehmet Ozun iştirakı ilə yeni videoçarxı təqdim edib ki, burada dünyanın möcüzələri insanın 5 əsas hissi vasitəsilə tədqiq edilib.
Filmdə İstanbulun Çırağan Sarayı, Yerebatan Sarnıcı, Ortaköy Meydanı və İstanbul Yeni Hava Limanı kimi diqqətəlayiq yerləri göstərilib. Aeroportda aparılan çəkilişdə 250 aktyor, ümumiyyətlə isə filmdə 500 aktyor iştirak edib. Hava limanındakı səhnələrdə “Türk Hava Yolları”nın ekipaj üzvlərinin yeni uniforması və kabinin yeni dizaynı nümayiş olunur.
Telegram kanalımız