Britaniyanın Baş naziri Ukraynaya gedir 

saytların hazırlanması

Evə çatdırılma

Britaniyanın Baş naziri Ukraynaya gedir 

Dünya

12 Yanvar 2024 11:52 391


Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Ukraynaya səfər edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək və bu ölkəyə yeni hərbi dəstək paketini açıqlamaq üçün Ukraynaya səfər edəcək. Sezar pizza

Mətbuatın xəbərinə görə, Böyük Britaniya gələn il Ukrayna üçün hərbi maliyyəni 2,5 milyard funt-sterlinqə qədər artıracaq və pilotsuz uçuş aparatlarının təminatı ilə bağlı öhdəliyini dəstəkləyəcək.

Böyük Britaniya və Ukraynanın təhlükəsizlik sahəsində yeni əməkdaşlıq sazişi imzalayacağı da gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!