Britaniyanın müdafiə naziri: “Rusiya müharibəni Ukraynadan kənara çıxara bilər“

saytların hazırlanması

Evə çatdırılma

Britaniyanın müdafiə naziri: “Rusiya müharibəni Ukraynadan kənara çıxara bilər“

Dünya

28 Aprel 2022 13:32 614


"Rusiya müharibəni Ukraynadan kənara da çıxara bilər". 

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Putin çarəsiz halda müharibəni Moldovanın Dnestryanı bölgəsinə qədər genişləndirməyə çalışır. Biz Dnestryanıdakı hücumların təfərrüatını və onların arxasında kimin dayandığını hələ bilmirik. Lakin əgər bu, Rusiyadırsa, deməli, o, strateji səhv edib”, - o bildirib. Pepperoni pizza

Nazir söyləyib ki, müttəfiqlər rus qoşunlarının Ukraynadan çıxarılmasına kömək etməlidirlər.

B.Uolles həmçinin vurğulayıb ki, London Ukraynanın işğal olunmuş Krımı qaytarmaq təşəbbüslərini dəstəkləyə bilər. Lakin bunun üçün əvvəlcə Rusiya fevralın 24-dək olan mövqelərinə qayıtmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!