“British Council“la sənəd imzalandı

saytların hazırlanması

Evə çatdırılma

“British Council“la sənəd imzalandı

Sosial

15 Fevral 2019 18:17 930


Böyük Britaniyaya səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev British Council-ın rəhbəri Kristofer Rodriges ilə görüş keçirib.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.

Görüş zamanı Azərbaycan və British Council arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Əbülfəs Qarayev British Council ilə uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdiyini qeyd edib. Artıq Mədəniyyət Nazirliyinin British Council ilə əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkəmizdə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanıb və hazırda Yol Xəritəsi layihəsi üzərində iş aparılır. Marqarita pizza

Bununla yanaşı British Council ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə  bağlı bir sıra layihələr həyata keçirilib ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək edib.

Görüşün sonunda Mədəniyyət Nazirliyi ilə British Council arasında Niyyət Sazişi imzalanıb. Bu saziş Azərbaycanla British Council arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcək.

Görüşün sonunda Ə.Qarayev British Council-ın rəhbərinə öz təşəkkürünü bildirərək onu may ayında Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!