Bu gün Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsipi əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili haqqında razılığın əldə olunması görüşün müsbət nəticəsi kimi qiymətləndirilməlidir.
Yenisabah.az xəbər verir ki, bunu deputat Azay Quliyev qeyd edib.
"Noyabr ayında əldə olunan nailiyyəti dəyərləndirmək və növbəti məsələləri müzakirə etmək üçün təkrar görüşün keçirilməsi haqqında qərarın verilməsi isə Brüssel danışıqlar formatının ən uğurlu və işlək format olduğunu bir daha nümayiş etdirdi. pizza hut
Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi "Brüssel Sülh Gündəliyi" və hər görüşdən öncə sülhə məcburetmə ilə bağlı gördüyü tədbirlər öz bəhrəsini verməkdə davam edir", - deputat bildirib.
Telegram kanalımız