"Rusiya Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü, ardınca isə Moskvada sülh müqaviləsinin imzalanması üçün sammit təşkil etməyə hazırdır".
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmət edirik, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, eləcə də regionda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişdi, - deyə bəyanatda vurğulanır. - Bu şərtlər daxilində Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə olunmuş razılığa əsaslanaraq, dərhal Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlanılmalıdır”. pizza sifarişi
Bəyanatda daha sonra qeyd olunur: “Bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatı, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün kompleksinin, o cümlədən nəqliyyat kommunikasiyalarının blokadasının açılmasının ciddi şəkildə yerinə yetirilməsi və və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması olmalıdır”.
XİN-in yaydığı sənəddə bildirilir ki, Rusiya tərəfi “yaxın gələcəkdə sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır”.
Telegram kanalımız