“Brüssel görüşündə Ermənistana son şans verildi” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Brüssel görüşündə Ermənistana son şans verildi” - Vüqar Rəhimzadə

Siyasət

01 Sentyabr 2022 20:10 826


“Bu günün əsas müzakirə mövzusu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca 4-cü görüşünün nəticələridir. Hər bir görüş qarşıya qoyulan hədəfə doğru atılan bir addım kimi dəyərləndirilir. Amma bir məqamı da unutmayaq ki, atılan addımın necə effekt verəcəyi  həmin görüşün mahiyyəti və onun təşəbbüsçüsünün hansı məqsəd naminə məsələnin çözülməsində maraqlı olması ilə sıx bağlıdır. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi  yerinə yetirmək məqsədilə yaradılan  ATƏT-in Minsk qrupunun ötən 30 ilə yaxın dövrdə keçirdiyi görüşləri  bu silsilədən hesab edə bilmərik. Çünki həmin görüşlər  sadəcə təcavüzkar Ermənistana vaxt qazandırmaq məqsədi güdən və imitasiya naminə aparılan danışıqlar idi.  Bunu Azərbaycan tərəfi çox yaxşı bilirdi. Lakin ötən 30 ilə yaxın müddətdə kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə adətkar olub, özləri bu pinsiplərin mahiyyətindən xəbərsiz olan bəzi dünya güclərindən yenə də ikili standartlara əsaslanan siyasətlərinə son qoyub ədalətli yanaşma nümayiş etdirəcəklərini gözlədik. Təəssüf ki, 30 ildə ədalət və beynəlxalq hüquq deyilən məfhumların mahiyyətinin zamana və məkana görə dəyişdiyini gördük”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə onun və Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu görüşün yekunları Azərbaycanın növbəti diplomatik uğurudur: “Belə ki, Brüsseldəki danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə etməyi bacardı. Beləliklə, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Yeni sənəddə nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Artıq əminliklə söyləmək olar ki, Minsk qrupu formatı məhv oldu, bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının vasitəçilik  formatı var.  Qarabağ münaqişəsi artıq tarixə qovuşub, yeni səhifə açılıb. Ermənistan keçmişlə yaşasa da Azərbaycan postmünaqişə dövrünün reallıqları fonunda işğalçı dövlətə gələcəyə baxmağa çağırış edir. Təbii ki, Azərbaycan xalqı ermənilərin illərdir törətdikləri faciələri, vəhşilikləri, soyqırımı aktlarını unutmur. Bunlar tarixidir. Çoxəsrilk tariximizi vərəqlədikcə erməni vəhşilikləri faktlar əsasında bütün dünya ictimaiyyətinə bəlli olur. Eyni zamanda, hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizin hər qarışı bu vəhşiliklərin, vandallıqların şahidləridir. Hər daşı, qayası tarix olan Qarabağımız və Şərqi Zəngəzurumuz  tariximizin bu səhifəsini real faktlar əsasında bu torpaqlara səfər edən hər kəsə- xarici ölkələrin səfirliklərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, media təmsilçilərinə çatdırır. Amma hazırkı dövrdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir.” Sezar pizza

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu ilin aprel ayında keçirilən Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!