Brüssel görüşündə sülh müqaviləsi olacaq? - “Paşinyan dedi ki, biz bunu qəbul edirik” 

saytların hazırlanması

Evə çatdırılma

Brüssel görüşündə sülh müqaviləsi olacaq? - “Paşinyan dedi ki, biz bunu qəbul edirik” 

Siyasət

01 Aprel 2022 09:51 817


“Mən Brüssel görüşü barəsində müəyyən dərəcədə optimist olmaq istəyirəm”.

Bu sözləri Yenisabah.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

BMTM sədri aprelin 6-da Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşü barəsində fikirlərini səsləndirib: Sezar pizza

“Hər halda bildiyiniz kimi, bu vaxta qədər bir neçə görüş olub və artıq düşüünrəm ki, Ermənistan tərəfindən konkret addımlar atılmalıdır. Baxmayaraq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan öz çıxışında bir az aqressiv fikirlərlər səsləndirdi, amma eyni zamanda ermənilər də dərk edirlər ki, hazırkı geosiyasi vəziyyət çox gərgindir və həm iqtisadi, həm də siyasi cəhətdən müəyyən bir çıxış yolları axtarmalıdırlar.

Eyni zamanda diqqət yetirsək, Nikol Paşinyan öz çıxışında demədi ki, Azərbaycanın təklif etdiyi həmin 5 maddə ermənilər üçün məqbul deyil. O, əslində, söylədi ki, biz bunu qəbul edirik və əlavə bir məsələni də müzakirə etmək istəyirik ki, bu da “Dağlıq Qarabağ”ın statusu məsələsidir.

Ona görə də gəlin, olanlara baxaq. Bir daha qeyd edirəm, mənim bu görüş barəsində müəyyən müsbət gözləntilərim var”.
 
Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!