Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannini öz “Twitter” səhifəsində məlumat verib.
“Baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan-Azərbaycan sərhəd komissiyalarının Brüsseldəki 3-cü iclasına xoş gəlmisiniz. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”, – deyə Avropa rəsmisi yazıb. Pepperoni pizza
Görüşdə, həmçinin, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak edib.
Telegram kanalımız