“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan

Siyasət

01 Sentyabr 2022 12:40 1021


“Brüsseldə müzakirələr geniş keçdi, amma asan olmadı”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlamasında deyib. 

“Bizim məqsədimiz regionda sülhün olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik”, - deyə Paşinyan bildirib.  Toyuqlu pizza

Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!