BŞİH AXCP-nin piketinə icazə vermədi

saytların hazırlanması

Evə çatdırılma

BŞİH AXCP-nin piketinə icazə vermədi

Siyasət

04 Noyabr 2022 16:06 906


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 11-də BŞİH inzibati binasının qarşısında piketin keçirilməsi barədə müraciətinə cavab verib. 

BŞİH-dən Yenisabah.az-a verilən məlumata görə, AXCP-nin aksiya keçirməsinə razılıq verilməyib.

Qeyd edilib ki, piket keçirmək üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq. Sezar pizza

Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!