Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2 Fevral-Gənclər Günü qeyd olunub.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin gənc əməkdaşları iştirak ediblər.
Rəşad Tağıyev kollektivin gənc üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. R.Tağıyev BŞTİ-də kifayət qədər gənc əməkdaşların çalışdığını və onların çevikliyinin, enerjisinin ümumi işə müsbət təsir göstərdiyini nəzərə çatdırıb. BŞTİ müdiri paytaxt təhsilində mühüm nailiyyətlərin əldə edilməsində, milli-mənəvi dəyərlərin qorunması və inkişafında gənclərin müstəsna rolundan danışıb. pizza mizza
Daha sonra çıxış edən gənclər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.
Sonda 2 Fevral-Gənclər Günü münasibətilə idarənin gənc əməkdaşlarına BŞTİ-nin Fəxri fərmanları verilib.
Telegram kanalımız