Bu 6 nəfərdən biri Papa olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu 6 nəfərdən biri Papa olacaq

Din

22 Aprel 2025 09:01 1777


Papa postuna 6 əsas namizədin adı çəkilir. “Yeni Sabah” xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.

Papanın ölümündən sonra 20 gün ərzində yaşı 80-dən az olan və 138 kilsəni təmsil edən 120 kardinaldan ibarət konklav Vatikana yeni başçı seçmək üçün toplanacaq.

Varis seçilənə qədər gündə dörd səsvermə keçiriləcək. Otuz səsvermədən sonra ilk iki yeri tutan namizədlər yarışacaq. Kim üçdə iki səs çoxluğu qazansa, növbəti Papa olacaq. pizza

Teleqraf-a istinadən namizədləri təqdim edirik:

Kardinal Luis Antonio Taqle (Filippin) - 67 yaş

Onun şanslarının az olduğu bildirilir. Vatikanda “Caritas International” xeyriyyə qurumuna rəhbərlik edərkən işində bir sıra qüsurlar aşkarlanıb. Eyni zamanda, Taqle eynicinslilərin nikahına loyal yanaşanlardandır.

Petro Parolin (İtaliya), Vatikanın dövlət katibi – 70 yaş

Mühafizəkar baxışları ilə seçilir. Eyni zamanda kilsənin kommunist ölkəsi olan Çinlə yaxınlaşmasının tərəfdarıdır. Diplomatik təcrübəsinin çoxluğuna görə onun şansları yüksək qiymətləndirilir.

Kardinal Jan-Mark Avelin (Argentina) – 66 yaş

Onu Fransiskin varisi sayırlar. Papanın sevimli kardinallarından olub. Solçu siyasi düşərgələrdə tərəfdarları çoxdur.

Kardinal Villem Yakobus Eyk (Hollandiya )– 71 yaş

Həkim və teoloqdur. Eynicinsli nikahların qəti əleyhdarlarındandır. O, hətta qadınlarla əllə görüşməyin də əleyhinə çıxır.

Kardinal Malkolm Rancit (Şri-Lanka) – 77 yaş

O, tarixdə ilk asiyalı Papa ola bilər.

Kardinal Robert Sara (Qvineya) – 79 yaş

Mühafizəkar görüşlərə sahibdir. Eynicinslilərin nikahına icazə verən mərhum Papanın əleyhdarlarındandır. O, V əsrdən bəri ilk afrikalı Papa ola bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!