“Bu adam həqiqətən psixi xəstədir və bu işi görə bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Bu adam həqiqətən psixi xəstədir və bu işi görə bilər”

Siyasət

09 Mart 2022 15:08 3115


“Mənim yaşımda olanlar Sovet rejimini və bu rejimin ideologiyasını çox yaxşı xatırlayırlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, xüsusilə onun kimi 29 yaşından yüksək vəzifələrdə işləyənlər bu rejimin əcaibliyini çox yaxşı bilir, rejimdən salamat çıxa bilməsinə özü də təccüblənir: 

“Tələbə olandan bu günə qədər, heç vaxt, heç kimə yaltaqlamyan, şərəfinə mədhiyələr söyləməyən birisinin (kimlərisə tərifləmişəm ürəkdən, heç vaxt boğazdan yuxarı təriflərim olmayıb) saxtalıq üzərində qurulmuş bu ölkənin daxilində yenidənqurmaya qədər salamat qalmağının əsl səbəblərini bu günə qədər hələ özümdə axıra qədər anlamamışam. pizza sifarişi

Qarbaçovun başladığı və Yeltsinin davam etdirdiyi yenidənqurma olmasaydı bu gün Putin kimi bir KQB mayoru (o pensiyaya gedəndə polkovnik-leytenant rütbəsini verdilər) gəlib Rusiya boyda bir ölkənin prezidenti ola bilməzdi.

Birincisi, heç vaxt istefa verməzdi və 10 ildən sonra maksimum polkovnik rütbəsində pensiyaya gedərdi. 

İndi tarixin təsadüflərinin nəticəsində belə bir insan bütün bəşəriyyəti nüvə ölümü ilə hədələyir. Məsələ boş boşuna hədələməyi şişirtməkdeən getmir. Bu adam həqiqətən psixi xəstədir və bu işi görə bilər. 

Sovet dövründə siyasi büro var idi. Atom bombasını işlətməyə o icazə verə bilərdi. İndi bütün səlshiyyətlər bu adama verilib. O öz hərəkətlərini heç kimlə razılaşdırmaya bilər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!