Millət vəkili Etibar Əliyev Kəmaləddin Heydərovla Səfər Mehdiyev arasındakı münasibətlər haqda maraqlı şərh paylaşıb.
“Yeni Sabah” bildirir ki, deputat Kəmaləddin Heydərovun 1994-cü ildən 2006-cı ilə qədər Gömrük Komitəsinin sədri olduğunu, Səfər Mehdiyevə müxtəlif vəzifələr verdiyini bildirib:
“Səfər Mehdiyev 2004-2006-cı illərdə K. Heydərovun müavini olub. S. Mehdiyev 2006-cı ildən 2018-ci ilə qədər sədrin birinci müavini, 2018-ci ildən 2022-ci ilə qədər isə Komitənin sədri vəzifəsində işləyib. Sezar pizza
S. Mehdiyev 2022-ci ildə iri həcmli “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı bir kitab tərtib edib.
S. Mehdiyev nə etsə yaxşıdır? K. Heydərovun Gömrükdəki 12 illik fəaliyyətini silib. 500 səhifəlik kitabın bir yerində belə K. Heydərovun nə şəkli, nə də adı yer alıb.
Bu adamlar sərvətə görə yaxın tarixi danırlar. S. Mehdiyev kəndçisinin rəhbərlik etdiyi dünəni danıb, bu gün olan hissəsini yalnız özünə həsr edib. Və onun üçün 2022-ci ilin 16 iyunundan sonra Gömrükdə sabah açılmadı.
Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub. K. Heydərovun fəaliyyətini danan bu kitabın çapına 200.000 manatdan çox vəsait xərclənib”.
Telegram kanalımız