Dünyanın üçüncü ən yaşlı ağacı Türkiyədədir.
Yenisabah.az xəbər verir ki, Türkiyənin Manisa şəhərinə bağlı Qırxağac qəsəbəsindəki bir zeytun ağacının 1658 yaşı var.
Ağacın hündürlüyü 6.84, gövdəsinin genişliyi isə 10.6 metrdir. Dördpendirli pizza
Qeyd edək ki, 2 il əvvəl hollandiyalı araştırmaçı Ticia Vervir ağacın 2018 yaşının olduğunu iddia edib. Onun sözlərinə görə, zeytun ağacından götürülən nümunənin Hollandiyada gerçəkləşən analizindən sonra bu nəticəyə gəlib.
Qeyd edək ki, həmin vaxt ağacın İsa peyğəmbərin anası Məryəm tərəfindən əkildiyinə dair iddialar ortaya çıxmışdı.
Xatırladaq ki, əhali arasında yüz illərdi Məryəmin hamilə olduğu vaxt Berqamadan Efesə köç edərkən bu ağacı oğlu İsan üçün əkdiyinə dair əfsanə dolaşır.
Telegram kanalımız