Bu ali məktəbdə təhsilhaqqı olmayacaq - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

Bu ali məktəbdə təhsilhaqqı olmayacaq - Nazir müavini

Sosial

08 Fevral 2024 17:23 10856


2024-2025-ci tədris ilində Qarabağ Universitetində təxminən 1000 nəfərə yaxın tələbənin təhsil alması düşünülür.

Yenisabah.az əbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, bu ali təhsil müəssisəsi təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura səviyyələri üzrə kadr hazırlığı həyata keçirəcək: Pepperoni pizza

“İlk mərhələdə universitetdə bakalavr səviyyəsi üzrə tədrisin həyata keçirilməsi nəzərdə tutulub. 2024-2025-ci tədris ilində Universitetdə təxminən 1000 nəfərə yaxın tələbənin təhsil almasını düşünürük. Bunun böyük hissəsi I kurs tələbələri olacaq.

Qəbul planında Qarabağ Universitetində müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulub. Birinci mərhələdə bakalavr səviyyəsində 5 istiqamət 20 ixtisas üzrə tədris təşkil ediləcək. Bunlar pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, incəsənət, turizmə aid olan ixtisaslardır. Növbəti mərhələlərdə bu ixtisasların sayı artırılacaq.

Növbəti mərhələlərdə tələbələrin sayı da 10 mindən çox olacaq. Tələbələr birinci istiqamətdə dövlət sifarişi əsasında tədris alacaq, yəni ilkin mərhələdə ali təhsil müəssisəsində ödənişli təhsil olmayacaq. Tələbələr isə təqaüd və digər müvafiq proqramlarla əhatə olunacaqlar. Tələbələrin yataqxanada qalmaq imkanları da mövcud olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aygul
    Insallah kolleci bitirenler ucunde yer ayrilar Mektebeqeder muellimler ucun qiyabi olsa cox gozel olar bizde tehsilimizi davam etmis olariq cunki aileli olub usaqlarla eyani gedib oxuya bilmirik cox xahis edirem bu probilemi hell edin
    2 years ago