Bu avtobuslarda gedişhaqqı 50 qəpik olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobuslarda gedişhaqqı 50 qəpik olacaq

Sosial

31 Yanvar 2026 14:21 7374


Bakıda 76 və 78 nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu nəqliyyat vasitələri cəlb edir. Toyuqlu pizza

Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə koordinasiya edən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə yeni avtobuslar fəaliyyət göstərəcək.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 50 qəpik müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!