Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Sosial

30 Avqust 2022 18:24 822


Bakıda 2 müntəzəm marşrutun hərəkət sxemləri alternativ küçələrlə təşkil ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, sabah saat 09:00-dan 2 sentyabr saat 20:00-dək Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Dominos pizza

Bildirilir ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2 müntəzəm marşrutun (149 və 164 nömrəli) hərəkət sxemləri alternativ küçələrlə (Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Vaqif Ələkbərov küçəsi – Emin Quliyev küçəsi – Şahlar Əsgərov küçəsi) təşkil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!