Bu avtobusların hərəkət istiqaməti dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobusların hərəkət istiqaməti dəyişir

Avto

22 İyun 2019 10:57 1174


Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksinin sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib. Belə ki, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər.

Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a bildirilib ki, tətbiq edilən dəyişiklik sayəsində artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, “Neftçilər” metro stansiyası və 8-ci kilometr bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə edə bilirlər.

Həmçinin, bu gündən etibarən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin olunub. Belə ki, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərə xidmət göstərir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!