Bu avtomobillər BAHALAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobillər BAHALAŞDI

Avto

07 Avqust 2023 07:14 5868


Ölkəyə yeni gətirilən avtomobillərin bahalaşması müşahidə edilir. Nəqliyyat vasitələrinin qiyməti artıb və hazırda bazarda durğunluq yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, daşınma qiymətlərinin artması və digər amillər nəqliyyat vasitələrinin qiymətlərinə təsir edib. Ötən ayla müqayisədə avtomobil bazarında fəallıq aşağı düşüb.

Köhnə avtomobillərə gəlincə, ötən ay əsasən buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində artım daha çox hiss olunub. Marqarita pizza

Ekspert Eldəniz Cəfərov bildirib ki, bahalaşma müvəqqəti xarakter daşıyır. İli köhnə olan avtomobillərin utilizasiyası ilə bağlı qərarın təsdiqlənməsi ikinci əl avtomobil bazarında qiymətlərin enməsi ilə nəticələnəcək.

Eldəniz Cəfərov qeyd edib ki, alıcılar hazırda mühərrik həcminə görə seçim edirlər. Daha çox mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verilir.

Ekspert əlavə edib ki, bazarda durğunluq mövsümlə də əlaqədardır. Avqust-sentyabr ayında yenidən canlanma müşahidə olunacaq.

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!