Bu avtomobillər gömrük rüsumundan azad edilir

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobillər gömrük rüsumundan azad edilir

İqtisadiyyat

23 Fevral 2026 14:17 20743


Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək: Dördpendirli pizza

- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!