Bu avtomobillər işıq və səs siqnallarından istifadə edə biləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobillər işıq və səs siqnallarından istifadə edə biləcək

Hadisə

10 Aprel 2026 13:12 337


Milli Məclis “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikləri birinci oxunuşda qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliyə görə, prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz olunan və hadisə yerinə operativ çıxışı təmin edən nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir.

Bu addım prokurorluğun təxirəsalınmaz prosessual və əməliyyat-axtarış tədbirlərini daha çevik həyata keçirməsinə şərait yaradacaq. Həmçinin həmin nəqliyyat vasitələri xüsusi işıq və səs siqnallarından istifadə edə biləcək, bu da yol hərəkətində üstünlük verərək hadisələrə daha sürətli reaksiya imkanı yaradacaq. pizza mizza

Dəyişiklik hüquq-mühafizə orqanları arasında koordinasiyanı gücləndirməyi və cinayətlərin açılmasına operativ təsiri artırmağı hədəfləyir. Qanun layihəsi səsvermə ilə birinci oxunuşda qəbul olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!