Bu avtomobillər kəskin bahalaşdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Avto

24 Mart 2026 23:30 2242


İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.

Avtomobil elanları saytlarında əvvəllər 7-8 min manat arası təklif olunan Yaponiya istehsalı köhnə avtomobillər indi 12 mindən baha təklif edilir.

Avtomobil Dilerləri Assosasiyasının sədri Eyyub Əliyev deyir ki, sözügedən avtomobillərdə müşahidə olunan qiymət artımına səbəb yeni ekoloji təmiz avtomobillərə tətbiq olunan bir sıra güzəştlərin ləğv olunmasıdır. pizza sifarişi

Eyyub Əliyev hesab edir ki, ötən il bu avtomobillərin qiymətindəki ani enmə nəzərə alınsa, indiki vəziyyəti qiymət artımı yox, qiymətin yerinə qayıtması kimi də şərh etmək olar.

Ekspert vurğulayıb ki, hazırda bu avtomobillərin qiymətində ciddi artım var.

Eyyub Əliyevin sözlərinə görə, bu avtomobillərə olan tələb yenidən taksi fəaliyyəti üçün yox, kuryer xidməti və ya özəl şirkətlərin istifadəsi məqsədilə artıb.//Xəzər TV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!