Bu avtomobillər kəskin ucuzlaşacaq - Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobillər kəskin ucuzlaşacaq - Yeni qərar

Avto

14 Oktyabr 2025 15:14 3227


Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı qəbul edilən qərarı bəzi avtomobillərin qiymətinə ciddi şəkildə təsir edəcək.

Noyabr ayının 1-dən qüvvəyə minəcək qərara əsasən ölkədə taksi sayı limitlə olacaq.

Qərara əsasən Bakı şəhərində taksi fəaliyyəti üçün veriləcək icazələrin sayı maksimum 25.000 olacaq. Yəni paytaxtda yalnız 25 min avtomobil rəsmi şəkildə taksi xidməti göstərə biləcək. Pepperoni pizza

Əgər artıq bu qədər icazə verilibsə, yeni müraciətlər növbəyə alınacaq və yalnız boş yer olduqda baxılacaq. İcazəsi olmayan və ya artıq say həddi dolduqdan sonra fəaliyyət göstərən taksilər qanunsuz sayılacaq.

Bu qərarın tətbiqindən sonra ölkəyə taksi məqsədi ilə gətirilən ucuz hibdir maşınlara tələb kəskin azalacaq. Tələb azaldıqca qiymət də enəcək.

Bu qərardan ən çox təsirlənəcək maşınlar sırasında BYD Destroyer 05, Seal 05 və Changan Qiyuan A05 olacaq.

Qeyd edək ki, ümumilikdə çin maşınları ötən il ilə müqayisədə ölkəmizdə 3000 manata yaxın ucuzlaşmışdı. Bu qərardan sonra qiymətlər daha da düşəcək.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!