Bu ay maşınların qiyməti ucuzlaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ay maşınların qiyməti ucuzlaşacaq

Avto

06 May 2019 19:50 1363


"Mayda Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir". Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib

Onun sözlərinə görə, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək: "Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından başlayaraq bazarda cüzi ucuzlaşma müşahidə olunub".

Ekspert bildirib ki, bu tendensiya azı iki ay davam edəcək. pizza

Qeyd edək ki, 2018-ci il dekabrın yekunlarına əsasən mühərrik həcmi iki litrədək avtomobillərin orta qiyməti 20 489 manat, üç litrədək olan avtomobillərin orta qiyməti 40 314 manat, mühərrik həcmi üç litrdən çox avtomobillərin orta qiyməti isə 82 160 manat təşkil edib.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!