Elçibəy iqtidarının maliyyə naziri, professor Saleh Məmmədov “Yeni Müsavat” ın canlı yayımında hazırda iqtisadi sferada həllini gözləyən problemlərdən danışıb. Onun sözlərinə görə təcili həllini gözləyən problemlər çoxdur:
“Ən böyük problem bankların sağlamlaşdırılması, bank sisteminin yeniden qurulmasıdır. İnsanda qan- damar sistemi olan kimi iqtisadiyyatın qan damar sistemi banklardır. Harda ki balaca tixac olur iqtisadiyyata o qədər mənfi təsir edir. Bank sistemində ciddi islahatlar gedir. İlk olaraq bankların rəqabəti təşkil edilməlidir. Bu gün Azərbaycanda bir neçə bank fəaliyyət göstərir, bununla gözəl sistem görünmür. Əksər ölkələr, Avropa, Yaxın Şərq bu sahədə islahatlara başlayanda birinci məqsədləri dünyanın ən böyük 100 böyük bank, sığorta şirkətini, böyük şirkətlərini ölkəyə gətirmək idi”.
S.Məmmədov bildirib ki, Azərbaycan bu sahədə daxili resursları hesabına işləyir: pizza sifarişi
“Dünyanın böyük banklarını, şirkətlərini dəvət etsək dövriyyədə olan pul artar. 100 bank dəvət olunsa, onların aktivləri təxminən 70-75 trilyondur. Bu, Azərbaycana 75 milyard investisiya daxil olmasına gətirib çıxaracaq”.
Əsmər Qabil
Telegram kanalımız