Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim etdi. Bu mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, son illərdə ölkəmizdə energetika sahəsində çox önəmli addımlar atılıb. Bu addımlardan bəhs edərkən təkcə ötən ildə bu sahədə görülən işlərə diqqət yetirmək kifayətdir. Belə ki, 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. pizza hut
YAP Xətai rayon təşkilatının sədri diqqəti müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminə yönəldərək qeyd edib ki, stansiyanın qısa zaman kəsiyində, 2025-ci ildə açılışının nəzərdə tutulması da ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.
Vüqar Rəhimzadə, həmçinin bu məqamı da vurğulayıb ki, sözügedən stansiyanın təməlinin qoyulması ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını, hədəflərə yüksək səviyyədə nail olduğunu diqqətə çatdırıb. Bu uğurlarımız Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Sözügedən stansiyasının tikintisində İtaliya şirkətinin iştirakı əməkdaşlığmızın hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır.
Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də böyük əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i xüsusi qeyd etməliyik.
Vüqar Rəhimzadə diqqəti həm də bu məqama yönəldib ki, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.
Telegram kanalımız