Bu bankın rəhbərliyi ildə yarım milyon maaş alır

saytların hazırlanması

Evə çatdırılma

Bu bankın rəhbərliyi ildə yarım milyon maaş alır

İqtisadiyyat

12 May 2025 16:37 1567


Azərbaycanın ən böyük dövlət bankı ABB-nin rəhbərliyi 2024-cü ildə 27 milyon 195 min manat gəlir əldə edib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu, 2023-ci ilə nisbətən 26% və ya 5 milyon 616 min manat çoxdur. Belə ki, 2023-cü ildə bankın rəhbərliyinin gəlirləri 21 milyon 579 min manat təşkil edib. 

ABB ötən il ümumi işçi heyətinə ayırdığını vəsaitin 13,6%-ni 54 nəfər rəhbər heyətə ödəyib.   pizza mizza

Qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.

Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.

Təxmini hesablamalara görə, 2024-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 503,6 min manat təşkil edib. 2023-ci il üzrə bu rəqəm 431,6 min manat (50 nəfər üzrə) olub. İdarə Heyəti sədri və üzvlərinin gəlirləri isə təbii ki, orta gəlirdən daha yüksəkdir. Başqa sözlə, Abbas İbrahimovun bankdan əmək haqqı şəklində illik gəliri yarım milyon manatdan çoxdur.  

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1,3 mlrd. manat təşkil edir. Bank 2024-cü ildə ilk dəfə kütləvi səhm buraxılışı (İPO) həyata keçirib və səhmdarlarının sayını 30 mindən çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!