Arutyunyan Moskvaya getsə həbs olunacaq? - “Əgər 11-ci bəndə əməl olunsa...“

saytların hazırlanması

Evə çatdırılma

Arutyunyan Moskvaya getsə həbs olunacaq? - “Əgər 11-ci bəndə əməl olunsa...“

Siyasət

24 Fevral 2022 14:12 1177


Moskva Bəyannaməsinin 11-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

Bu bənd siyasi kuluarlarda bu iddianı doğurub ki, bununla da erməni separatçılarının Moskvaya gedən yolu bağlana bilər. Hətta separatçıların lideri Araik Arutyunyan Bakıya təslim ediləcək.

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Bəyannaməni imzalayan dövlət başçıları öz imzalarına hörmətlə yanaşmalıdır. “Əgər 11-ci bəndə əməl olunsa, Araik Arutyunyanın heç Moskvaya getməsinə mane olmaq lazım deyil. Araik elə Xankəndində rus sülhməramlıları tərəfindən həbs olunub Azərbaycana təhvil verilməlidir. Eləcə də Vitali Balasanyan və digər cinayətkarlar. Odur ki, Moskva Bəyannaməsi Rusiya Federasiyanın üzərinə o məsuliyyəti qoyur”. Sezar pizza

E. Məmmədov əlavə edib: “Bu gün Qarabağın müəyyən hissəsi müvəqqəti olaraq 5 il müddətinə Rusiya sülhməramlılarının nəzarətindədir. Əgər onlar Rusiyanın özündə anti-Azərbaycan təbliğatı aparırlarsa, Azərbaycanın ərazi übtövlüyünə qarşı çıxışlar edib müəyyən məqsədlərlə işlər görürlərsə, təbii ki, artıq bu sənəd əsasında Rusiyanın borcudur ki, onlara qarşı tədbir görsün.

10 noyabr bəyannaməsinin 4-cü bəndində birbaşa olaraq göstərilir ki, Azərbaycan ərazisində olan Ermənistan silahlı birləşmələrin qalıqları və separatçı cinayətkar qurumun üzvləri Azərbaycan ərazisindən təmizlənməlidir. İl yarım keçib, amma bu yöndə heç bir iş görülməyib!

Əgər bu Bəyannaməyə də Rusiya özünə sərf edən qaydada, öz maraqları nöqteyi-nəzərindən baxacaqsa, müqavilənin şərtlərinə səmimi, düzgün olaraq əməl etməyəcəksə, o elə kağız parçası olaraq qalacaq”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!