Bu bitki bir möcüzədir

saytların hazırlanması

Evə çatdırılma

Bu bitki bir möcüzədir

Sağlamlıq

17 May 2021 08:01 2336


Qulançar ən faydalı tərəvəzlərdən biri sayılır. O bir sıra xəstəliklərin qarşısının alınması üçün tövsiyə olunur.

“MedicForum” saytı qulançarın bəzi faydalı xüsusiyyətlərindən bəhs edir.

Qulançarın tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dərimizdə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Qulançar sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əla mənbəyidir. Bu tərəvəz diabet riskini azaldır. Qulançarın tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir. Böyüklərin əksəriyyəti qulançardan gündə 150 qram folik turşusunun tövsiyə olunan dozasını alır. pizza

Qulançar müntəzəm alkoqollu içkilərin qaraciyərə zərərini azaldır. Bişmiş qulançar, həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Qulançar, həzm sistemindəki faydalı bakteriyaların sayını artıran prebiyotik adlandırıla bilər.

Amma ən diqqətəlayiq cəhət ondan ibarətdir ki, qulançarın bütün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir. Bu tərəvəz qızardıla və qaynadıla bilər, yaxud da buxarda və digər üsullarla bişirilə bilər. /Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!