Bu bürclərin bir-biri ilə evlənməsi   TƏHLÜKƏLİDİR

saytların hazırlanması

Evə çatdırılma

Bu bürclərin bir-biri ilə evlənməsi TƏHLÜKƏLİDİR

Maraqlı

07 Yanvar 2025 12:21 978


Bürclər arasındakı uyğunluq evliliklərin möhkəmliyi və uzunömürlülüyü ilə əlaqələndirilir. Bəzi bürclər arasında emosional, mənəvi və xarakter fərqləri səbəbindən evliliklər uğursuz ola bilər.

Yenisabah.az hansı bürclərin bir-biri ilə evlənməsinin məsləhət görülmədiyini araşdırıb.

Qoç və Oğlaq Dominos pizza

Qoç impulsiv və cəsur, Oğlaq isə nizamlı və məsuliyyətlidir. Bu iki bürc arasında ciddi xarakter fərqləri var. Qoç azadlığı sevərkən, Oğlaq daha çox qaydalara önəm verir. Bu fərqlər ciddi münaqişələrə səbəb ola bilər.

Əkizlər və Balıqlar

Əkizlər dəyişkən xarakterli və ünsiyyətcil, Balıqlar isə duyğusal və həssasdır. Əkizlərin qərarsızlığı Balıqları məyus edə bilər. Bu bürclər arasında münasibətlərdə tarazlıq yaratmaq çətin olur.

Xərçəng və Dolça

Xərçəng ailəcanlı və emosionaldır, Dolça isə sərbəstliyi və yeniliyi sevir. Dolçanın azadlığına düşkün olması Xərçəng üçün problem yarada bilər.

Qız və Oxatan

Qız detallara diqqət edən və planlıdır, Oxatan isə sərgüzəştləri və riskləri sevir. Oxatanın sərbəstliyi Qızın tənqidçi xarakteri ilə toqquşa bilər, bu da münasibətləri çətinləşdirir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!