Türkiyədə maraqlı hadisə yaşanıb. Belə ki, Bilecik bölgəsində Bürhanəddin Qara adlı şəxs 183 ölkə tərəfindən qorunan çiçəklə xatirə şəkli çəkdirib.
Yenisabah.az xəbər verir ki, Təbiət və Ekoturizm üzvü olan Bürhanəddin Qara əsl təbiətsevərdir. Onun sözlərinə görə, meşəlik ərazidə gəzərkən yabanı orkide çiçəyi diqqətini çəkib və dərhal çiçəklə şəkil çəkdirmək istəyib: "Bu bitki dondurma, içki, tibb və kosmetika sənayesində istifadə olunur. Bölgəmizdə yetişən bu bitkini vətəndaşlarımız səhvən qoparmasın deyə şəkil çəkdim. Bu bitki 183 ölkənin bağladığı müqaviləyə əsasən, nəzarət altındadır. Toxunmaq və qoparmaq qadağandır. Ölkəmizdə onu qoparan 72 min lirə cərimələnir"
72 min lirənin təxminən 19 min manat olduğunu nəzərə alanda, cərimənin təbləğinin xeyli böyük olduğu məlum olur. pizza sifarişi
Telegram kanalımız