Bu, COVID-19-un ən çox rast gəlinən simptomudur

saytların hazırlanması

Evə çatdırılma

Bu, COVID-19-un ən çox rast gəlinən simptomudur

Sağlamlıq

25 Noyabr 2020 17:17 1279


Koronavirus testi müsbət nəticələnən insanlarda ən çox rast gəlinən simptom iybilmə və dadbilmə hissinin itməsi, elmi dildə desək, anosmiyadır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mirror” nəşri Böyük Britaniya Milli Statistika İdarəsinin hesabatına istinadən məlumat verib.

Avqustun 15-dən oktyabrın 26-dək olan dövrdə alınan məlumatlara görə, bütün yaş qruplarında öskürək, daha əvvəl hesab edildiyi kimi, əsas simptom deyil. pizza sifarişi

Belə ki, 35 yaşdan yuxarı pasiyentlərin 20-40 %-i anosmiyadan əziyyət çəkib, 15-25 %-i qızdırmadan şikayət edib, cəmi 13-18 %-də isə öskürək qeydə alınıb. Nisbətən gənc pasiyentlər arasında anosmiya göstəricisi daha yüksək – 60 %-a qədər olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!