“Şahmat üzrə Azərbaycan çempionu olduğum üçün qürur hissi keçirirəm. Qələbə asanlıqla başa gəlmədi. Həlledici rolu isə doqquzuncu turda qazandığım qələbə oynadı. 4,5 saat çəkən son oyunu şahmat üzrə 2018-ci ilin ölkə çempionu olmuş Abdulla Qədimbəyliyə qarşı keçirdim. Bu, çox çətin bir oyun idi. Sevinirəm ki, imkanlarımdan maksimum istifadə edə bildim”.
Bu sözləri kişilər arasında şahmat üzrə yarışların yekunları ilə bağlı Məhəmməd Muradlı deyib. Doqquz turdan 6,5 xal yığaraq ölkənin ən güclü şahmatçısı adına layiq görülən M.Muradlı ən böyük arzusunun Avropa çempionatında ölkəmizi layiqincə təmsil etmək olduğunu bildirib: “Fevralın 18-də Moskvada “B” kateqoriyalı açıq turnirdə iştirak edəcəyəm. Həmin yarışda qrossmeyster normasını yerinə yetirməyə çalışacağam. Mart ayında isə şahmat üzrə Avropa çempionatında oynayacağam. Ən böyük arzum qitə çempionatında ölkəmizi layiqincə təmsil etməkdir”.
Azərtac.az
Telegram kanalımız