“Bu, çox ciddi fəsadlara yol aça bilər” – Elşad Miri

saytların hazırlanması

Evə çatdırılma

“Bu, çox ciddi fəsadlara yol aça bilər” – Elşad Miri

Din

30 Aprel 2019 17:46 1557


Dini tədris üçün vəsaitlər doğru hazırlanmaz, tədris aparacaq şəxslər doğru seçilməzsə, uşaqlar dindən uzaqlaşa bilərlər.

Bu sözləri  ilahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərslərin keçiriləcəyinə dair açıqlamasına münasibət bildirərkən deyib. O, bəzi önəmli məqamlara toxunub:

“Əsas məsələ odur ki, tədrisin həvalə olunduğu şəxs və ya şəxslər uşaqların suallarına cavab verə biləcəkmi? Əgər uşaqlar suallarına cavab ala bilməsələr, dindən uzaqlaşaraq ateistliyə meyil edəcəklər”. Sezar pizza

E.Miri onu da əlavə edib ki, dini əzbərçilik, ölü tarix bilgisi verərək təbliğ etməyin əhəmiyyəti yoxdur:

“Düşünürəm ki, uşaqlara İslamı digər dinlərlə müqayisəli şəkildə öyrənə biləcəkləri şərait yaratmaq lazımdır. Bu məsələnin tərtibi ilə məşğul olan şəxslər çox diqqətli olmalıdırlar. Çünki kadrların özlərinin də dini inancları və din haqqında təfəkkürləri önəmlidir.

Məsəl üçün deyək, bir insan hər hansı bir mənsəbə, təriqətə qulluq edirsə, hazırlanacaq tədris vəsaitindən asılı olmayaraq, həmin şəxs uşaqlara öz düşüncələrini aşılayacaq. Bu isə çox ciddi fəsadlara yol aça bilər”.

Oxu.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!