“Bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər“ - Nuşirəvan Məhərrəmli

saytların hazırlanması

Evə çatdırılma

“Bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər“ - Nuşirəvan Məhərrəmli

Rəqəmsal

12 Aprel 2019 16:55 1112


"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü".

Bunu "Space" TV-də müğənni Rüfət Axundovun və əməkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib:  Dördpendirli pizza

"Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər".

N. Məhərrəmli R. Axundovun həmin ifadəni dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib: 

"MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq".

ona.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!